Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda son sutkada 35 nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda son sutkada 35 nəfər COVID-19-dan vəfat edib

Daha 3 min 712 nəfər koronavirusa yoluxub, 1359 nəfər sağalıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib, aktiv xəstə sayı 38 591 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 402, ötən müddət ərzində isə ümumilikdə 1 682 234 test aparılıb.

Müəllif: Ayna.az      27 Noyabr 2020 14:38
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin