Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinin Qarabağa dair açıqlaması niyə yenidən tirajlandı – Fikirlər haçalanır

Putinin Qarabağa dair açıqlaması niyə yenidən tirajlandı –     Fikirlər haçalanır

Aleksandr Sıtin: “Qarabağın qondarma rejiminin heç bir statusu olmadığı aydın olsa da, bu, Moskvanın taktikasıdır”

 

Aleksandr Rar: “Rusiya üçün isə Qafqazdakı heç bir problemin onsuz həll edilməməsinin reallıq kimi qəbulu vacibdir”

 

Rasim Musabəyov: “Kremlin mövqeyi onun sülhməramlılarının suveren Azərbaycan ərazisində olduğunu təsdiqləyir”

 

Bazar günü günortadan sonra, nədənsə Rusiya mətbuatı Prezident Vladimir Putinin “Rossiya 1” kanalına verdiyi son müsahibənin bir hissəsini - faktiki olaraq Dağlıq Qarabağı Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsi kimi tanıdığını vurğulamasını dəfələrlə təkrarladı.

 

“Axı, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ona bitişik bütün bölgələr Azərbaycan Respublikası ərazisinin ayrılmaz bir hissəsidir”, - deyə Putinin müsahibəsindən bu hissə, Kremlə yaxın xəbər agentlikləri və telekanallar tərəfindən yenidən tirajlandı.

 

Diqqət yetirin ki, müsahibənin müəyyən bir hissəsinə aksentin yönəlməsi Lavrovla Şoyqunun İrəvan və Bakı səfərinin bitməsinin ertəsi gününə təsadüf edirdi. Bunun mənası nədir? Artıq bir müddət sonra, indi sülhməramlıların nəzarətində olan ərazilərin, həqiqətən Bakının nəzarətinə keçəcəyinə əmin ola bilərikmi?

 

Bu suallar təsadüfi deyil. Axı, bu vaxta qədər bir çox rus mətbuat orqanları, eyni zamanda Kremlə loyal olanlar belə, Arayik Arutyunyanı, heç bir dırnaq işarəsi olmadan, sanki belə olmalıdır və müharibədən sonra heç bir şey dəyişməyib kimi, qondarma “DQR”-in “prezidenti” olaraq təqdim edirdilər. Bu “prezident” indi erməni qaçqınlarının Qarabağa qaytarılması, onlara müxtəlif yardımların göstərilməsi barədə fərmanlar verir, bu barədə Nikol Paşinyana hesabat verir. Bu iki məqam bir-biri ilə necə uzlaşır?

 

AYNA-nın suallarını üç ölkənin tanınmış ekspertləri cavablandırıblar.

Историк Сытин назвал трагедию в Одессе «ликвидацией малоценного  человеческого материала» :: Новости дня :: «ВЗГЛЯД.РУ»

Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, North&Eastern Europe Research Political Center”-in (Şimali və Şərqi Avropa Tədqiqat Siyasi Mərkəzi) rəhbəri Aleksandr Sıtin:

 

“Burada problem ondadır ki, Şoyqunun danışıqlarının məzmunu Rusiya mediasında ümumiyyətlə işıqlandırılmadı. Rusların gözündə Dağlıq Qarabağ, qayçılanmış formada olsa da, mövcuddur və ən əsası subyektliyini qoruyub saxlayır. Dağlıq Qarabağın statusu məsələsinin gündəmə gətirilməsi boş yerə deyildi.

 

Bakı və Ankara nöqteyi-nəzərindən Qarabağın qondarma dövlət quruluşu olaraq, heç bir statusu olmadığı aydın olsa da, bu, Moskvanın taktikasıdır. Bütün bunlar, baxmayaraq ki, ukraynalılar məğlub oldular, azərbaycanlılar isə qalib gəldilər, mahiyyətinə görə DNR/LNR-ə bənzəməyə başlayır.

 

Sülhməramlılar - işğalçılar gətirilir, toxunulmazlıq və demilitarizasiya həyata keçirilir. Bu, işğalçılar və onların işğal etdikləri ərazilər xaricində, hamı üçün təmin edilir. Əraziyə müəyyən bir status verilir və ətrafında siyasi oyunlar başlayır. Çox güman ki, Rusiya sülhməramlıları barədə razılaşma ilə indi Qarabağda vəziyyət belədir.

 

Mənim fikrimcə, ruslar Azərbaycanı birbaşa hərbi hücumla hədələmədikləri təqdirdə, Bakının Putinin ultimatumuna razı olması lazım deyildi. Ancaq danışıqların məzmunu barədə məlumatım yoxdur və buna görə də heç bir məlumat olmadığı halda, bu vəziyyəti şərh etmək məsuliyyətini öz üzərimə götürmürəm”.

Александр Рар: «Азербайджан привлек на свою сторону многих европейских  политиков» - эксклюзив — Haqqin

Almaniyalı professor, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun direktoru Aleksandr Rar:

 

“Putin, Dağlıq Qarabağda sülhməramlılıq fəaliyyəti vasitəçiliyi ilə beynəlxalq birliyə Rusiyanın multilaterializm (hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanan beynəlxalq xarici iqtisadi münasibətlərin təşkili – red.) və bu məsələdə beynəlxalq hüququn tərəfdarı olduğuna dair bir siqnal göndərir. Bununla da Moskvanın beynəlxalq aləmdəki rolunu gücləndirir.

 

Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən de-yure Azərbaycan ərazisi kimi tanınır. Bundan sonra nələrin baş verəcəyi hələ məlum deyil. Erməni əhalisini Dağlıq Qarabağdan qovmağa heç kim icazə verməyəcək. Artıq Azərbaycan bu bölgədə ermənilərlə razılığa gəlmək üçün dinc yollar axtaracaq, Rusiya üçün isə Qafqazdakı heç bir problemin onsuz həll edilməməsinin reallıq kimi qəbulu vacibdir. Putin üçün əsas odur ki, orada NATO olmasın”.

Rasim Musabəyov: “Azərbaycan öz tələblərindən geri çəkiləsi deyil” »  Reyting.az

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

 

“Putinin Ermənistanın özünün Dağlıq Qarabağı tanımadığını söyləməsi bizim üçün vacib deyil. Deyək ki, Ermənistan tanıyardı qondarma qurumu – nə olacaqdı ki?! Qarabağ o dəqiqə KTMT-nin müdafiə çətiri altına düşəcəkdi? Əsla yox.

 

Önəmli olan Putinin, bütün dünyanın həm Dağlıq Qarabağı, həm də ətrafındakı 7 bölgəni Azərbaycanın bir hissəsi kimi tanınmasını söyləməsidir. Və o deyir ki, bu, belə idi, belədir və belə də olacaq. Bu mənada, Rusiya sülhməramlılarının varlığının Dağlıq Qarabağın statusunu qeyri-müəyyən, mübahisəli hala gətirməsi və ya kimsə tərəfindən müstəqil bir dövlət kimi tanınması üçün heç bir şərt yaratmaması vacibdir.

 

Əksinə, Rusiyanın mövqeyi onun sülhməramlılarının suveren Azərbaycan ərazisində olduğunu təsdiqləyir. Düşünürəm ki, bunu belə də başa düşmək və qəbul etmək lazımdır.

 

Lavrovla Şoyqunun Ermənistana və Azərbaycana səfəri, ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri normallaşdıqda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıdığını təsdiqləmək məcburiyyətində qalacağı üçün müəyyən əsalar yaradır. Münasibətlərimiz başqa bir şəkildə normallaşdırıla bilməz. Və bu, ümumiyyətlə, tələb olunan bir faktordur, çünki imzalanmış üçtərəfli saziş dövlətlərarası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına deyil, atəşkəsə aiddir”.

Müəllif: Rauf Orucov      27 Noyabr 2020 23:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin