Əsas səhifə Haqqımızda Xəbər lenti

Parlamentdən çağırış: Fransanın həmsədrlikdən çıxarılsın!

Parlamentdən çağırış: Fransanın həmsədrlikdən çıxarılsın!

Milli Məclis Azərbaycan hökumətinə çağırış edib

 

Milli Məclis noyabrın 25-də Fransa Senatının hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran tövsiyə xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bəyanatda ölkə parlamenti tərəfindən aşağıdakı məsələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib.

 

1. Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin.

 

2. Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın.

 

3. İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.

 

Müəllif: Ayna.az      26 Noyabr 2020 13:24
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin