Əsas səhifə Haqqımızda Xəbər lenti

Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb

Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb

Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə daha bir matç keçirəcək

 

Onlayn şahmat üzrə “Skillinq open” turnirində pley-off mərhələsi start götürüb.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, 16 şahmatçının dairəvi sistemlə mübarizəsindən sonra ən yaxşı 8 iştirakçı 1/4 finalda qüvvəsini sınayır.

 

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə əldə edib. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.

 

Qeyd edək ki, ikinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.

Müəllif: Ayna.az      26 Noyabr 2020 04:12
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin