Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağ” - “Sivasspor” matçı sükutla başlayacaq

“Qarabağ” - “Sivasspor” matçı sükutla başlayacaq

Matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq

 

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

 

AYNA xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

 

Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib. O, Maradonanın ölüm xəbərindən məyus olduğunu söyləyib.

 

Qeyd edək ki, bu gün İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda “Qarabağ” – “Sivasspor” matçı da keçiriləcək. Bakı vaxtı ilə saat 21:55-də start veriləcək bu oyundan öncə də 1 dəqiqəlik sükut elan olunacaq.

Müəllif: Ayna.az      26 Noyabr 2020 00:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin