Əsas səhifə Haqqımızda Xəbər lenti

Fransa XİN: “Senatın qərarı heç kimə fayda verməyəcək”

Fransa XİN: “Senatın qərarı heç kimə fayda verməyəcək”

Lemuan: “Qərar vasitəçilik səylərinə xidmət etməyəcək”

 

Fransanın Xarici İşlər Nazirliyi (XİN) Senatın Dağlıq Qarabağla bağlı qalmaqallı qərarına münasibət bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa XİN yanında dövlət katibi Jan-Batist Lemuan deyib.

 

Lemuan qeyd edib ki, Qarabağ separatçılarının təktərəfli qaydada tanınması heç kimə fayda verməyəcək və vasitəçilik səylərinə xidmət etməyəcək.

 

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və 9 noyabrda tərəflərin atəşkəslə bağlı razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir”, - deyə XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Fransa Senatında separatçıların qondarma qurumunun tanınması ilə bağlı qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və hökumət tərəfindən yerinə yetirilməsi mütləq deyil.

Müəllif: Ayna.az      25 Noyabr 2020 22:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin