Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub - RƏSMİ

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub -         RƏSMİ

Müdafiə Nazirliyi məlumat yayıb

 

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.


Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

 

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

Müəllif: Ayna.az      25 Noyabr 2020 01:04
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin