Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partladıblar - VİDEO

Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partladıblar -         VİDEO

Partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir

Ermənistanın sonuncu silahlı birləşmələri noyabrın 25-də Azərbaycana təhvil verilməli olan Kəlbəcər rayonunu tərk edirlər.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, düşmən “ənənəsi”nə sadiq qalaraq Kəlbəcərdə növbəti partlayış və yanğınlar törədib.

 

Ermənilər bu dəfə üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarəti altına keçməli olan hərbi hissənin kazarmalarını və hərbi hissə binalarını partladıblar. Onlar açıq-aşkar bildiriblər ki, partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir.

 

Erməni hərbçilər bildiriblər ki, partlayışdan sonra Ermənistana yola düşürlər.

Müəllif: Ayna.az      24 Noyabr 2020 22:37
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin