Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənilər Xocavənddə tarixi abidəmizə zəng qülləsi artırıblar

Ermənilər Xocavənddə tarixi abidəmizə zəng qülləsi artırıblar

Anar Kərimov: “Beləcə, abidə saxtakarlığın qurbanı olub”

 

Ermənilər daha bir tarixi abidəmizə qarşı saxtakarlıq ediblər. AYNA xəbər verir ki, bu barədə mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov “Twitter” hesabında paylaşım edib.

 

A.Kərimov qeyd edib ki, erməni saxtakarlığı fəaliyyətdədir: “Xocavənd rayonunun işğaldan azad edilmiş Tuğ kəndində bərpa işləri adı altında XVIII əsrə aid ibadətgahın tavanına zəng qülləsi əlavə edilib. Beləcə, abidə saxtakarlığın qurbanı olub. Qəbul edilə bilərmi? Siz qiymət verin”.

Müəllif: Ayna.az      24 Noyabr 2020 14:33
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin