Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Rusiya Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Humanitar yardım Azərbaycan FHN tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

 

AYNA xəbər verir ki, noyabrın 22-də Rusiyanın FHN tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan FHN tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

 

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

Müəllif: Ayna.az      22 Noyabr 2020 21:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin