Əsas səhifə Haqqımızda Xəbər lenti

“TRT Haber” Ağdamdan geniş reportaj hazırlayıb

“TRT Haber” Ağdamdan geniş reportaj hazırlayıb

Reportajda ermənilərin şəhərdə törətdiyi vandalizmə geniş yer verilib

 

Türkiyənin “TRT Haber” televiziya kanalı Ermənistan işğalından xilas edilən Ağdam rayonundakı tükürpədici vəziyyətlə bağlı geniş reportaj yayıb.

 

AYNA xəbər verir ki, talan edilən, qapı və pəncərələrinə, divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsini canlı yayımla tamaşaçılara çatdıran aparıcı real mənzərənin rayon mərkəzi də daxil olmaqla, bölgənin 27 il işğalda saxlanıldığını deyil, sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaratdığını vurğulayıb.

 

Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir. Ağdamda da eynilə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda qarşılaşdığımız acınacaqlı vəziyyətin şahidi olduq.

 

Diqqətə çatdırılıb ki, artıq Ağdam Cümə məscidinin işıqlandırılıb, hərbi birliklər rayonun minalardan təmizlənməsini davam etdirir.

 

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Silahlı Qüvvələrimizin rəşadətli Qələbəsi ilə nəticələnən möhtəşəm zəfər və təcavüzkar Ermənistanın təslim olması Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən ən əsas mövzu kimi diqqət mərkəzində saxlanılmaqdadır.

Müəllif: Ayna.az      22 Noyabr 2020 18:53
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin