Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin: “Rusiya Qarabağla bağlı razılaşmada vasitəçidir”

Putin:  “Rusiya Qarabağla bağlı razılaşmada vasitəçidir”

“Başqa cür ola bilməzdi, çünki mahiyyətcə bu, iki tərəf arasındakı razılaşma idi”

 

Rusiya Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunmasında yalnız vasitəçi rolunu oynadı və öz üzərinə tərəflərin sülh yolu ilə aralanması üçün öhdəliklər götürdü. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

 

Putin qeyd edib ki, Rusiya sadəcə vasitəçi rolunu icra edib: “Bu sənəd üzrə tərəflərin sülh yolu ilə aralanmasını həyata keçirmək məsuliyyətini öz üzərinə götürüb. Biz hazırda elə bunu edirik. Rusiya lideri qeyd edib ki, müqavilənin müəllifləri üç tərəf – Rusiya, Azərbaycan və Ermənistandır. Mətnin özünə gəldikdə isə bunu biz üçümüz etdik – mən, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyan. Başqa cür ola bilməzdi, çünki mahiyyətcə bu, iki tərəf arasındakı razılaşma idi”.

Müəllif: Ayna.az      22 Noyabr 2020 17:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin