Əsas səhifə Haqqımızda Xəbər lenti

“Gürcü Arzusu” seçkilərin ikinci turunda qalib gəldi

“Gürcü Arzusu” seçkilərin ikinci turunda qalib gəldi

Hakim partiya parlamentdə 90 yer qazanıb

 

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 21-də ölkə parlamentinə keçirilən seçkilərinin ikinci turunun nəticələrini açıqlayıb. AYNA gürcü mətbuatına istinadən bildirir ki, ilkin nəticələrə əsasən, ölkə üzrə 17 majoritar dairədə keçirilən ikinci turda hakim Gürcü Arzusu Partiyası üstünlük qazanıb.

 

Bununla da, “Gürcü Arzusu” X çağırış parlamentində 150 mandatın 90-nı əldə edib. Digər 60 yer isə seçkilərin ilk mərhələsində iştirak edən 8 müxalifət partiyası arasında bölünüb.

Müəllif: Ayna.az      22 Noyabr 2020 14:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin