Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada COVID-19-dan sağalanların sayı 40 milyonu ötüb

Dünyada COVID-19-dan sağalanların sayı 40 milyonu ötüb

Hazırda dünyada 16 452 945 aktiv koronavirus xəstəsi var

 

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 58 milyonu ötüb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Belə ki, indiyədək 58 090 337 nəfər koronavirusa yoluxub, 1 380 759 nəfər bu virusdan dünyasını dəyişib, 40 256 633 nəfər sağalıb.

 

Hazırda dünyada 16 452 945 aktiv koronavirus xəstəsi var ki, onlardan da 102 303-nün vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az      22 Noyabr 2020 07:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin