Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinin səhhəti ilə bağlı İDDİA

Putinin səhhəti ilə bağlı     İDDİA

Putinin xərçəng xəstəliyindən əməliyyat olunduğu iddia edilib

 

Rusiya Prezidenti Vladimir Putinin fevral ayında xərçəng xəstəliyindən əməliyyat olunduğu iddia edilib. AYNA-nın məlumatına görə, iddianı irəli sürən şəxs rusiyalı müxalifətçi Valeri Solovey olub. 

 

Bununla yanaşı, Putinin Parkinson xəstəliyinə tutulduğunu da bildirən Solovey, Rusiya liderinin səhhətindəki problemlərə görə, vəzifəsini yanvar ayında qızı Katerina Tihonovaya həvalə edəcəyini deyib. 

 

Lakin Kreml Putinin Parkinson xəstəliyinə tutulduğu xəbərinin doğru olmadığını və onun tamamilə sağlam olduğunu açıqlayıb.

 

Qeyd edək ki, 2014-cü ildə “New York Times” qəzeti də Putinin xərçəng xəstəsi olduğunu iddia etmişdi.

Müəllif: Ayna.az      21 Noyabr 2020 23:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin