Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampın oğlu koronavirusa yoluxub

Trampın oğlu koronavirusa yoluxub

"Onda qətiyyən simptomlar yoxdur, COVID-19-a aid tibb müəssisəsinin tövsiyələrinə tam əməl edir"

 

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp koronavirusa yoluxub. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə onun rəsmi təmsilçilərinin yaydığı bəyanatda deyilir.

 

“Həftənin əvvəlində Donun testi müsbət nəticə verdi. O, bundan sonra kottecində karantində olub. Onda qətiyyən simptomlar yoxdur, COVID-19-a aid tibb müəssisəsinin tövsiyələrinə tam əməl edir", - ABŞ Prezidentinin oğlunun təmsilçiləri qeyd edib.

 

Qeyd edək ki, kiçik Tramp atasının “Trump Organization” kompaniyasının vitse-prezidentlərindən biridir.

 

Xatırladaq ki, okyabrın 2-də ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melanya Trampda da COVID-19 aşkarlanmışdı. Müalicədən sonra Trampın testi mənfi nəticə vermişdi.

Müəllif: Ayna.az      21 Noyabr 2020 09:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin