Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-da ticarət mərkəzində atışma: yaralılar var

ABŞ-da ticarət mərkəzində atışma:       yaralılar var

Zərərçəkənlərin həyatına təhlükə yoxdur

 

ABŞ-ın Vavatosa şəhərində (Viskonsin ştatı) ticarət mərkəzində atışma olub, bir neçə nəfər xəsarət alıb.
 

AYNA xəbər verir ki, bu barədə “ABC” telekanalına şəhər meri Dennis Makbrayd bildirib.

 

Onun sözlərinə görə, atəşi naməlum şəxs açıb. Cinayətkarı onlarla polis əməkdaşı axtarır. İlkin məlumata əsasən, zərərçəkənlərin həyatına təhlükə yoxdur.

 

Telekanalın məlumatına görə, azı 6 nəfər yaralanıb, onlar hamısı tibb müəssisələrinə çatdırılıb. Hazırda hadisə yerində 75-ə yaxın polis əməkdaşı işləyir.

Müəllif: Ayna.az      21 Noyabr 2020 06:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin