Əsas səhifə Haqqımızda Xəbər lenti

Ceyhun Bayramov fransalı həmkarı ilə telefonda danışıb

Ceyhun Bayramov fransalı həmkarı ilə telefonda danışıb

Azərbaycan və Fransa XİN başçıları Qarabağ abidələrinin öyrənilməsini müzakirə ediblər

 

Xarici İşlər naziri Ceyhun Bayramov və Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyət, 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az      21 Noyabr 2020 02:28
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin