Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni hüquq müdafiəçisi: “Polislər milli rüsvayçılıq xidmətinə çevrildi”

Erməni hüquq müdafiəçisi: “Polislər milli rüsvayçılıq xidmətinə çevrildi”

Avetik İşxanyan: “Biabırçı məğlubiyyətdən sonra hərbi vəziyyət rejiminin qorunması absurddur”

 

Ermənistanın hüquq müdafiəçisi Avetik İşxanyan hesab edir ki, Nikol Paşinyan hakimiyyəti ölkədə vəzifəsindən getməmək üçün hərbi vəziyyəti ləğv etmir. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, biabırçı məğlubiyyətdən sonra hərbi vəziyyət rejiminin qorunması absurddur: “Üstəlik, aksiyalar dincdir və vətəndaşların aksiya keçirmək hüququ var. Mitinqlər zamanı polisin güc tətbiq etməsi qanunsuzdur”.

 

“İnsanlar öz etirazlarını bildirmək üçün küçələrə çıxır, amma hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara zorakılıq edirlər. Onlar ictimai asayişi qorumur, əksinə itirənləri qoruyurlar. Polislər milli rüsvayçılıq xidmətinə çevrildi”, - deyə İşxanyan qeyd edib.

 

Xatırladaq ki, 10 noyabrdan bəri İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Ermənilər Qarabağla bağlı imzalanan üçtərəfli bəyanata etiraz edirlər.

Müəllif: Ayna.az      20 Noyabr 2020 18:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin