Əsas səhifə Haqqımızda Xəbər lenti

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

“Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı xahiş edirik”

 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. AYNA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, nazirlik Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edir.

 

“Bununla yanaşı xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik”, - deyə müraciətdə bildirilib.

 

DİN-dən qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir: “Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik”.

Müəllif: Ayna.az      20 Noyabr 2020 16:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin