Əsas səhifə Haqqımızda Xəbər lenti

Qələbəyə görə veriləcək orden-medalların adları – SİYAHI

Qələbəyə görə veriləcək orden-medalların adları –     SİYAHI

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı da var

 

“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib.

 

AYNA xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi - “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:

 

“Zəfər” ordeni;

 

“Qarabağ” ordeni.

 

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.

 

“Cəsur döyüşçü” medalı;

 

“Döyüşdə fərqlənməyə görə” medalı;

 

“Suqovuşanın azad olunmasına görə” medalı;

 

“Cəbrayılın azad olunmasına görə” medalı;

 

“Xocavəndin azad olunmasına görə” medalı;

 

“Füzulinin azad olunmasına görə” medalı;

 

“Zəngilanın azad olunmasına görə” medalı;

 

“Qubadlının azad olunmasına görə” medalı;

 

“Şuşanın azad olunmasına görə” medalı;

 

“Kəlbəcərin azad olunmasına görə” medalı;

 

 “Ağdamın azad olunmasına görə” medalı;

 

 “Laçının azad olunmasına görə” medalı;

 

 “Vətən müharibəsi iştirakçısı” medalı;

 

 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

Müəllif: Ayna.az      20 Noyabr 2020 15:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin