Əsas səhifə Haqqımızda Xəbər lenti

Arutyunyan Ermənistanın müdafiə naziri təyin olunub

Arutyunyan Ermənistanın müdafiə naziri təyin olunub

Sarkisyan bir gündə üç yeni nazir təyinatı haqqında fərman imzalayıb

 

Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermiş müdafiə naziri David Tonoyanın yerinə yeni təyinat edib. Bu barədə AYNA düşmən ölkə mətbuatına istinadən bildirir.

 

Sarkisyanın fərmanına əsasən, Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin edilib.

 

Digər fərmana əsasən, Ermənistanın fövqəladə hallar naziri və əmək və sosial işlər nazirinin yerinə də yeni təyinatlar olub.

 

Belə ki, fövqəladə hallar naziri vəzifəsini Andranik Piloyan, əmək və sosial işlər naziri vəzifəsini isə Mesrop Arakelyan icra edəcək.

Müəllif: Ayna.az      20 Noyabr 2020 16:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin