Əsas səhifə Haqqımızda Xəbər lenti

İşğaldan azad olunan iki kəndin adı dəyişdirilir

İşğaldan azad olunan iki kəndin adı dəyişdirilir

Milli Məclisdə Quşçubaba və Tsakuri kəndlərinin adının dəyişdirilməsi müzakirə edilib

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

 

AYNA-nın xəbərinə görə, qanun layihələri barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

 

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Ayna.az      20 Noyabr 2020 13:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin