Əsas səhifə Haqqımızda Xəbər lenti

Deputat: “Bayrağımızın Xankəndində də dalğalandırılmasını istərdim”

Deputat: “Bayrağımızın Xankəndində də dalğalandırılmasını istərdim”

Vahid Əhmədov: “Azərbaycan Ermənistanı hərbi kapitulyasiyaya uğratdı və qələbə qazandı”

 

“Prezidentin 10 noyabr tarixində qəbul etdiyi bəyanatı Fransa qəbul etmək istəmədi, çünki Fransa tarix boyu Ermənistanın yanında olub”. AYNA xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov deyib.

 

O bildirib ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz: “Çünki onlar birtərəfli mövqe tutdular. Fransanın ATƏT-ın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması irəli sürülməlidir. Əks halda biz də Türkiyənin Misk Qrupuna daxil olmasını tələb etməliyik”.

 

“Vətəndaş olaraq məni narahat edən bəzi məsələlər də var. Bu məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə idarəçiliyin təmin olunmasıdır. Mən bir vətəndaş kimi Azərbaycan bayrağının Xocalı, Xocavənd və Xankəndində də dalğalandırılmasını istərdim. Ümumilikdə, Azərbaycan Ermənistanı hərbi kapitulyasiyaya uğratdı və qələbə qazandı”, - deyə V.Əhmədov vurğulayıb.

Müəllif: Ayna.az      20 Noyabr 2020 13:09
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin