Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı polisi sakinləri dilənçilərlə mübarizəyə çağırır: ONLARA PUL VERMƏYİN!

Bakı polisi sakinləri dilənçilərlə mübarizəyə çağırır:     ONLARA PUL VERMƏYİN!

“Hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır”

 

“Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu. Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi”.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, baş verən əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır: “Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var. Əmək qabiliyyəti olan, ancaq harda işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə - nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır”.

Müəllif: Ayna.az      17 Avqust 2019 16:46
Cəmiyyət bölməsinə aid digər xəbərlər
21 Yanvar
23:24
Ermənilər Kəlbəcərdən yol istəyirlər, nə etməli – Rəylər fərqlidir
21 Yanvar
21:09
Postpandemiya dövrünə diqqət: Bizi daha nələr gözləyir?
21 Yanvar
19:22
“Dəmir yumruq” əməliyyatı “Dəmir təpik” ilə tamamlana bilər” – Prezidentin sabiq köməkçisi
21 Yanvar
17:07
Azərbaycanda son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
21 Yanvar
15:38
Tehranın Zərif gedişi: “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin