Əsas səhifə Haqqımızda Xəbər lenti

Spiker: “Birgə bəyanatdan narahat olan qüvvələr də var”

Spiker: “Birgə bəyanatdan narahat olan qüvvələr də var”

Sahibə Qafarova: “Fransanın Qarabağla bağlı qərəzli yanaşması qəbuledilməzdir”

 

“Azərbaycan Ordusu bu gün Ağdama daxil olub. Bu münasibətlə xalqımızı təbrik edirəm. Biz işğaldan azad edilmiş bütün torpaqlarımız kimi, Ağdamı da yenidən qurub yaradacağıq”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

 

Spiker qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra işğalçı Ermənistanın tam kapitulyasiyasına nail olub: “Biz ərazi bütövlüyümüzü bərpa edirik. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin iştirakı ilə birgə bəyanat imzalandı. Amma bu birgə bəyanatdan narahat olan qüvvələr də var. Fransanın bu məsələyə qeyri-obyektiv münasibəti bizi çox narahat edir. Fransanın Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xidmət edən təşəbbüsləri və cəhdləri yolverilməzdir”.

 

“Fransanın məsələyə qərəzli yanaşması qəbuledilməzdir. Fransa Senatı Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarması heç bir çərçivəyə sığmır. Fransa ATƏT-in həmsədri kimi düzgün mövqe nümayiş etdirmir. Bu addımlar beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə ziddir”, - deyə S.Qafarova qeyd edib.

 

Milli Məclisin sədri vurğulayıb ki, vasitəçilər qərəzsiz olmalı, obyektiv mövqe nümayiş etdirməlidirlər.

Müəllif: Ayna.az      20 Noyabr 2020 11:52
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin