Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabiq səfir vəfat etdi

Sabiq səfir vəfat etdi

Hikmət Hacızadə insult keçirmişdi

 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə bu gün səhər saatlarında vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə “Facebook” səhifəsində məlumat paylaşıb.

 

“Hikmət bəy insult keçirmişdi. Atam saat 11:30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimi nəzərdə tutulmayıb”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, H.Hacızadə AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində işləyib.

 

Müəllif: Ayna.az      20 Noyabr 2020 10:46
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin