Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantin qaydalarını pozan futbolçulara ağır cəza

Karantin qaydalarını pozan futbolçulara ağır cəza

Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gediblər

 

Şotlandiyanın “Reyncers” klubunun futbolçuları Cordan Cons və Corc Edmundsona 7 oyunluq cəza verilib.

 

AYNA xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb.

 

Hər iki oyunçu karantin qaydalarını pozduqları üçün cəzalandırılıb. Noyabrın əvvəlində Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gediblər. Üstəlik, həmin tədbirdə sosial məsafə qaydalarına əməl etməyiblər.

 

“Reyncers” də futbolçuları cəzasız qoymayıb. Klub hadisədən sonra onların hər ikisini əsas komandadan kənarlaşdırıb. Futbolçular yenidən 2 həftəlik karantinə göndərilib.

Müəllif: Ayna.az      20 Noyabr 2020 02:43
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin