Əsas səhifə Haqqımızda Xəbər lenti

Bərdədə yol qəzaları: 2 piyada ölüb

Bərdədə yol qəzaları: 2 piyada ölüb

Hər iki hadisə ilə bağlı araşdırma aparılır

 

Bərdədə baş verən 2 yol-nəqliyyat hadisələri zamanı iki piyada ölüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, rayonun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Daha bir yol qəzası şəhərin mərkəzində qeydə alınıb. Şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı  avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      19 Noyabr 2020 17:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin