Əsas səhifə Haqqımızda Xəbər lenti

“ABŞ rusları Qarabağda dinc buraxmayacaq” - Kris Roman

“ABŞ rusları Qarabağda dinc buraxmayacaq” -     Kris Roman

Belçikalı politoloq: “Təsəvvür edə bilmirəm ki, Amerika rus sülhməramlılarının həyatını dözülməz etmək üçün heç bir addım atmasın”

 

“Ermənistan başa düşməlidir ki, tək olaraq Azərbaycana qarşı müharibəni heç vaxt qazanmayacaq. Və üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirməyəcəksə, təkcə, əvvəllər qanunsuz olaraq saxlanılan Qarabağı itirməyəcək”.

 

Bunu AYNA-ya belçikalı politoloq, “Euro-Rus” ictimai təşkilatının prezidenti Kris Roman deyib. Onun sözlərinə görə, ermənilər razılaşmanın şərtlərinə tabe olmamaq qərarına gəlsələr, o zaman rus sülhməramlıları müdaxilə edəcəklər.

 

“Rusiya sayəsində Ermənistan ilə Azərbaycan arasında bağlanmış müqavilə Rusiya diplomatiyası üçün böyük bir qələbədir. Müharibənin bitməsi ilə Rusiya bir daha diplomatiyasının gücünü göstərdi. Hindistan ilə Çin arasındakı sərhəd münaqişəsi bitdikdən sonra ilk dəfə idi ki, Moskva bunu xatırlada bildi. Və Rusiya bütün dünyaya beynəlxalq hüququn tərəfində olduğunu, müharibənin gedişatına müdaxilə etmədən və Ermənistanın yalvarışlarına baxmayaraq, bitərəf qaldığını göstərə bildi”, - ekspert bildirib.

Бельгиец Крис Роман: Европейские интеллектуалы - почти сплошь русофилы |  Rusbase

Həmsöhbətimiz qeyd edib ki, indi Ermənistan özünə aid olmayan, lakin özünü sahibi hesab etdiyi əraziləri tərk edir: “Ağdam və digər Azərbaycan şəhərləri, onsuz da “xəyalət şəhərləri” idi. Azərbaycanlıların qovulmasından sonra orada demək olar ki, başqa heç kim yaşamırdı. Bu boş və məhv edilmiş ərazini itirmək ermənilər üçün böyük bir qurban olmamalıdır. Ancaq bununla sülh qazanırlar ki, bu, da daha vacibdir”.

 

Rusiyanın avia.pro informasiya portalı tərəfindən yayılmış, rus sülhməramlılarının atəşə tutulması hadisəsini şərh edən Roman hesab edir ki, baş verənlər separatçıların və onları dəstəkləyən diaspor üzvlərinin müəyyən barışmaz hissəsinin ümidsizliyinin təzahürüdür: “Ancaq Rusiya sülhməramlıları bitərəf qalmalıdır. Atəşi susdurmalı, amma repressiyalar aparmamalıdır. Razılaşmya tabe olmayan hər kəs hesab verəcəyini anlamalıdır”.

 

Politoloqun fikrincə, yaxın gələcəkdə Amerika siyasətinin Cənubi Qafqazda fəallaşması istisna deyil: “Qafqazdakı hökmranlığını bir daha təsdiqləyən Rusiya, ABŞ dərin dövlətinin maraqları ilə qarşılaşmaya bilməz. Təsəvvür edə bilmirəm ki, ABŞ orada yerləşən rus qoşunlarının həyatını dözülməz etmək üçün heç bir addım atmayacaq. Belarusdakı iğtişaşlardan sonra amerikalılar bir müddət Qafqazda böyük qarşıdurma planlaşdırdılar ki, Rusiyanın başı orada da qarışsın”.

 

“Amerika dərin dövlətinin rusofobiyanı gücləndirəcəyini və “ruslar etibarsızdırlar və Ermənistana xəyanət etdilər” kimi yalan xəbərlər yayacağını gözləyirəm. Ermənistanda Rusiya sülhməramlılarını Amerika siyasətinə çoxdan sadiq olan BMT qoşunları ilə əvəzləməyə çağırışlar olacaq. Serblər üçün dəhşətli Kosovo ssenarisini xatırladan bu vəziyyət Ermənistanın özü üçün də dəhşətli bir ssenari olacaq”, - deyə belçikalı şərhçi əlavə edib.

Müəllif: Yusif Poladov      20 Noyabr 2020 10:19
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin