Əsas səhifə Haqqımızda Xəbər lenti

Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb

Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb

6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib

 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

 

AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

 

Müəllif: Ayna.az      17 Avqust 2019 12:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin