Əsas səhifə Haqqımızda Xəbər lenti

Peterburqda azərbaycanlılarla özbəklər arasında atışma olub

Peterburqda azərbaycanlılarla özbəklər arasında atışma olub

Mübahisə atışmaya səbəb olub

 

Peterburqda “Salova 52” topdansatış bazası yaxınlığında silahlı insident baş verib. AYNA “Qafqazinfo”-ya istinadən xəbər verir ki, münaqişə Azərbaycan və Özbəkistan vətəndaşları arasında çıxıb. Özbəklərin aldıqları borcu qaytarmağa tələsməməsi azərbaycanlılarla söz mübahisəsinə səbəb olub. Mübahisə daha sonra silahlı toqquşmaya gətirib çıxarıb. Travmatik tapançadan açılan atəş nəticəsində 3 nəfər Özbəkistan vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlər gizlənməyi bacarıb.

 

Polis onların tapılması istiqamətində axtarışlar aparır.

Müəllif: Ayna.az      17 Avqust 2019 04:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin