Əsas səhifə Haqqımızda Xəbər lenti

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 26 noyabr saat 17:00-da başa çatacaq

 

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

 

Mərkəzdən AYNA-ya verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 27 noyabr tarixində keçiriləcək.

 

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 26 noyabr saat 17:00-da başa çatacaq.

 

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.

Müəllif: Ayna.az      17 Noyabr 2020 19:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin