Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda özünü güllələyən şəxslə bağlı məlumat - RƏSMİ

Bakıda özünü güllələyən şəxslə bağlı məlumat -     RƏSMİ

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb

 

Nəsimi rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı prokurorluq məlumat yayıb. AYNA-nın xəbərinə görə, Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, noyabrın 15-də saat 16.00 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi Rayon Prokurorluğuna daxil olub.

 

Məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilib.

 

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      17 Noyabr 2020 15:10
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin