Əsas səhifə Haqqımızda Xəbər lenti

“Daşaltı Qartalı” qazi oldu – VİDEO

“Daşaltı Qartalı” qazi oldu –     VİDEO

O, Daşaltı kəndində düşmən bayrağını endirib

 

Şuşanın azad edilməsindən öncə Daşaltı kəndinin alınması zamanı düşmən bayrağını endirən əsgər, “Daşaltı Qartalı” ləqəbli qazimiz Əmanət Ağaşovdur.

 

AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, Sabirabad sakini olan 23 yaşlı cəngavər hərbi xidməti başa vurduqdan sonra 2017-ci ildən yenidən ordu sıralarına yazılıb. O vaxtdan Milli Odrunun tərkibində təlimlər keçən qazi sentyabrn 27-dən Qarabağın azadlığı uğrunda başlayan döyüşlərə qatılıb.

 

Yaralanmasına baxmayaraq, yenidən orduya qayıdan Əmanət Ağaşov, ona əmanət olunan üçrəngli bayrağımızı Daşaltı kəndinə sancıb.

Müəllif: Ayna.az      17 Noyabr 2020 11:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin