Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib,         avtobuslar gecikir

Mayıs Ağayev: "Müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var"

 

"Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb".

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

"Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var", - deyə o qeyd edib.




Müəllif: Ayna.az      17 Noyabr 2020 09:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin