Əsas səhifə Haqqımızda Xəbər lenti

FİFA rus futbolçunu ömürlük cəzalandırıb

FİFA rus futbolçunu ömürlük cəzalandırıb

Futbolçunun yarış və tədbirlərə girişinə qadağa qoyulub

 

Rusiyalı müdafiəçi Dmitri Aydov futboldan ömürlük kənarlaşdırılıb.

 

AYNA xəbər verir ki, bu barədə FİFA qərar qəbul edib.

 

Qərara əsasən, 38 yaşlı oyunçu dünyanın heç bir ölkəsində futbol fəaliyyəti ilə məşğul ola bilməz.

 

Onun FİFA və quruma üzv federasiyalar tərəfindən təşkil olunan bütün yarış və tədbirlərə girişinə qadağa qoyulub. Aydovun danışılmış oyunlarda iştirakı ilə bağlı araşdırmalar belə ağır cəzanı labüd edib. Onun çıxış etdiyi Belarusun “Qomel” klubunun iştirakı ilə iki belə hadisə aşkarlanıb. Hər iki oyunun verilməsində Dmitri təkbaşına iştirak edib.

 

O, 2018-ci il iyunun 13-də BATE ilə qarşılaşmaya (0:3) görə sabiq futbolçu Viktor Borovitskidən 12 min, 16 gün sonra Brest “Dinamo”suna yenilgi üçün (0:6) 10 min dollar rüşvət alıb.

 

Qeyd edək ki, Aydov 2017-18-ci illərdə “Qomel”də oynayıb. Bunadək futbolçu Tula “Arsenal”ı, “Anji”, “Torpedo”, “Volqa” və “Nijni Novqorod”da çıxış edib. Hazırda isə Dmitri Nijni Novqorod “Lokomotiv”ini təmsil edir.

Müəllif: Ayna.az      17 Noyabr 2020 04:27
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin