Əsas səhifə Haqqımızda Xəbər lenti

BNA sürücülərə müraciət edib

BNA sürücülərə müraciət edib

Sürücülərə yağışlı hava şəraitində son dərəcə diqqətli olmaq tövsiyə olunub

 

Yağışlı hava şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bütün zəruri tədbirlər görülür. Bu barədə AYNA-ya BNA-dan məlumat verilib.

 

Bildirilib ki, bu çərçivədə gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda “yaşıl dalğa” əmri tətbiq edilib. Həmçinin sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb.

 

"Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      16 Noyabr 2020 21:17
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin