Əsas səhifə Haqqımızda Xəbər lenti

Oğuzda iki avtomobil toqquşub

Oğuzda iki avtomobil toqquşub

Hər iki avtomobilin sürücüsü xəsarət alıb

 

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”-a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, Oğuz şəhər sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Mustafa oğlunun idarə etdiyi Opel “Astra” markalı avtomobillə, 1972-ci il təvəllüdlü Məmmədov Bəhram Cəfər oğlunun idarə etdiyi “VAZ” 2107 markalı avtomobil toqquşub.

 

Nəticədə hər iki sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəsarət alanlardan 48 yaşlı Bəhram Cəfərovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      15 Noyabr 2020 22:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin