Əsas səhifə Haqqımızda Xəbər lenti

Hemilton Formula1-in yeddiqat çempionu olub

Hemilton Formula1-in yeddiqat çempionu olub

Pilot titulların rekord miqdarına görə almaniyalı Mixael Şumaxerlə bərabərləşib

 

“Mercedes”in britaniyalı pilotu Luis Hemilton Türkiyə Qran-Prisinin yekunları üzrə Formula 1-in yeddiqat çempionu olub.

 

AYNA xarici mediaya istinadən bildirir ki, Hemilton bazar günü “İstanbul Park” trasında qalib gələrək Formula 1 pilotlarının 2020-ci il mövsümünün təsnifatında ilk pilləyə yüksəlib.

 

O, 58 dövrəni 1 saat 42 dəqiqə 19,313 saniyəyə başa vurub. Həmin trasda ikinci yeri meksikalı Serxio Peres (“Reysinq Poynt”; +31,633 saniyə), üçüncü yeri isə almaniyalı Sebastyan Fettel (“Ferrari”; +31,960 saniyə) tutub.

 

Dörd il ard-arda dünya çempionu tituluna yiyələnən Luis Hemilton titulların rekord miqdarına görə almaniyalı Mixael Şumaxerlə bərabərləşib.

Müəllif: Ayna.az      15 Noyabr 2020 20:51
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin