Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda mənzildən qadın meyiti tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb

Yunusova Vlada İslamovnanın meyiti aidiyyəti üzrə təhvil verilib

 

Bakıda mənzildə 52 yaşlı qadının meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

FHN-nin məlumatında qeyd edilib ki, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Yunusova Vlada İslamovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      15 Noyabr 2020 16:08
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin