Əsas səhifə Haqqımızda Xəbər lenti

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edilib

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edilib

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

 

Baş Prokuroluqdan AYNA-ya daxil olan məlumata görə, 14 noyabr 2020-ci il tarixdə saat 19 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş,digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az      14 Noyabr 2020 20:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin