"Yosun"un yaradıcısı: "Standartlardan kənara çıxmaq istəyirik"

"Yosun"un yaradıcısı: "Standartlardan kənara çıxmaq istəyirik"

"Gənclərin istedadlarını göstərmələri üçün şərait yaradacağıq”

 

Teatr mövsümünün yaranmasına sayılı günlər qalıb. Sentyabr ayından teatrlar qapılarını teatrsevənlər üçün taybatay açacaqlar. Xoş xəbərlərdən biri də odur ki, bu mövsüm Azərbaycanda daha bir teatr yaradılır. “Yosun” adlı teartın yaradıcısı İntiqam Hacılı bu barədə AYNA-ya danışıb.

 

O, bildirib ki, yeni yaratdıqları teatra “Yosun” adını veriblər. buna səbəb isə eyniadlı prodakşınlarının uzun zamandır fəaliyyət göstərməsidir: “Həm də yosun insanlara rahatlıq verən bir bitkidir. Bu teatrı da insanların rahatlıq tapmaları, mənəvi zövq almaları üçün yaratmışıq. Teatrda kifayət qədər təcrübəm olduğu üçün bu teatrı açmaq qərarına gəldim. Bir tamaşanın pradüsseri olmuşam, öz pyesimi də səhnələşdirmişəm. Yəni, teatra azdan-çoxdan dəxli olan adamam. Aktyorlar da prodakşınımızda fəaliyyət göstərən, aktyorluq kurslarında təhsil alan gənclər olacaq. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini də dəvət edəcəyik. Gənclərin istedadlarını göstərmələri üçün şərait yaradacağıq”.

 

“Dövlət teatrlarının statusu hər kəsə məlumdur. Amma fərqli tamaşa deyəndə YUĞ teatrı ağıla gəlir. Biz də istəyirik standartdan kənar, fərqli tamaşalarla teatrsevərlərin qarşısına gələk. Ölkədə özəl teatrlar da çox azdır və bunu inkişaf etdirsək yaxşı olar”- deyə, İ.Hacılı əlavə edir.

 

Qeyd edək ki, ölkədə nəinki teatr, bir çox sahələr maliyyə problem yaşayır: “Biz də bəzi məqamlar var, onlardan istifadə edib maliyyələşəcəyik. Maliyyə məsələsi bizim üçün böyük problem olmayacaq. Daha çox fərqli tamaşalara üstünlük verəcəyik. Əsas odur ki, yaradıcılıqla məşğul olub, ortaya iş qoymalıyıq”.

 

“Yosun” teatrının yaradıcısı oktyabr ayından yeni tamaşalar ilə teatrsevənlərin qarşısında olacaqlarını vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      17 Avqust 2019 14:08
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin