Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan yığması seçmə mərhələdə son oyununa çıxacaq

Azərbaycan yığması seçmə mərhələdə son oyununa çıxacaq

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək.

 

AYNA-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək.

 

İsveçli Kasper Syiberqin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Azərbaycan yığması 9 oyuna 6 xal toplaya bilib və hazırda 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 8 oyuna maksimum nəticə ilə liderdir.

 

2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

 

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
22:00. İsveçrə - Azərbaycan
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”

Müəllif: Ayna.az      12 Noyabr 2020 08:20
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin