Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaxında ölkədə onminlərlə yeni iş yeri açılacaq

Yaxında ölkədə onminlərlə yeni iş yeri açılacaq

Pandemiya ölkədə ciddi işsizlik problemi yaratsa da, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda böyük imkanlar açır

 

Koronavirus pandemiyasından əvvəl də ölkəmizdə uyğun bir iş tapmaq asan deyildi. Pandemiya bu prosesi daha da çətinləşdirdi və yazın əvvəlindən bu günə qədər əmək bazarı böhran vəziyyətindədir. İşə qəbul şirkətləri qeyd edir ki, vakansiyaların sayı ilin əvvəlinə nisbətən 30-40% azalıb. Xarici şirkətlərdəki vakansiyaların sayı isə iki dəfə azalıb. Bir çox şirkət işçilərini ixtisar edir və daha az yeni işçi götürür. Təklif olunan əməkhaqqının miqdarı da azalır.

 

Rəsmi məlumatlara görə, 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İş Bankına 180 min vakansiya əlavə edilib ki, hazırda 31406 vakansiya aktiv olaraq qalır. Ancaq milli miqyasda bu rəqəm kiçikdir, bununla yanaşı, rəsmi məlumatlarda hansı növ iş və onun müqabilində hansı maaş təklif ediləcəyi barədə heç bir şey deyilmir.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya deyib ki, rəhbərlik etdiyi təşkilat mart ayında, COVID-19 pandemiyasının başlanğıcında daxili əmək bazarında çətin bir vəziyyətin olacağını proqnozlaşdırırdı: “Karantin rejimi xeyli sayda iş yerinin bağlanmasına səbəb oldu. Epidemioloji vəziyyətə görə bəzi ərazilərin bağlanması səbəbindən hərəkətlilik çətinliyi də iş həcminin azalmasına səbəb oldu. Ağır iqtisadi vəziyyətlərdə iş yerlərini saxlamağın bir neçə yolu var və bunlardan biri işin miqdarı və alınan qazanc nəzərə alınmaqla, əmək haqqının azaldılmasıdır. İndi sahibkarlara əlverişsiz zamanın bitəcəyini gözləməkdən başqa bir şey qalmayıb. Amma belə hallarda da müəyyən maliyyə yastığına sahib olmaq lazımdır”.

 

Onun sözlərinə görə, müvəqqəti işsiz olan mütəxəssislərin bacarıqlarını itirməmələri, fəaliyyət profilini dəyişdirməmələri vacibdir: “Bu səbəbdən ən qısa müddətdə onların ixtisası üzrə bir iş tapa biləcəklərini təmi edən bir sistem yaratmaq lazımdır. Bəzi ixtisasların, xüsusən də turizm sektoru ilə məşğul olanların nümayəndələri yeni, heç olmasa, müvəqqəti iş tapmaq barədə düşünməlidirlər, çünki turizm sektoru tezliklə bərpa olunmayacaq. Belə insanlar mövcud bacarıqlarından istifadə edib öz üzərlərində çalışmalıdırlar”.

 

“Əmək bazarındakı xoşagəlməz vəziyyət, ən az 3 və bəlkə də 6 ay davam edəcək, sonra tədricən yaxşılaşmağa doğru başlayacaq. Yazda azad edilmiş torpaqları bərpa etməyə başlayacağıq ki, bu da çoxhəcmli bir iş tələb edir. Yəni bunun sayəsində ölkədə iş yerlərinin sayı artacaq”, - Ağayev vurğulayıb.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun da AYNA-ya dediyinə görə, karantin səbəbindən məşğulluq vəziyyətinin pisləşəcəyini gözləmək olar: “Bəzi iş yerləri bağlandı, bəzi sahibkarlar isə işçilərini uzunmüddətli məzuniyyətə göndərdilər. Əvvəllər ölkədə boş yerlər az idisə, indi pandemiya səbəbi ilə gözlənildiyi kimi daha da azaldı. Mühasibat məsələsinə ciddi yanaşıldığı inkişaf etmiş ölkələrdə işsizlik vəziyyətinə baxsanız, onların da sosial xətti keçdiyi məlum olacaq. 3,5%-dən yuxarı işsizlik dərəcəsi avtomatik olaraq sosial problemlərə səbəb olur. Bir çox Qərb ölkələrində işsizlik 10-20% təşkil edir. Beləliklə, hazırda bütün dünyada əmək bazarında vəziyyət çətindir”.

 

Məmmədov bildirib ki, bu rəqəmlər və işsizlik meyarı çox qeyri-müəyyəndir: “Azərbaycanda əhalinin, təxminən 70 faizi işləmək imkanına malikdir. Cəsarətli Azərbaycan Ordusu tərəfindən Dağlıq Qarabağdakı və bitişik ərazilərdəki torpaqların azad edilməsi daxili məşğulluq bazarı üçün böyük perspektivlər açır. Yollar, rabitə, elektrik stansiyaları, yaşayış və qeyri-yaşayış binaları tikmək lazım olacaq və bu məqsədlər çox əmək tələb edəcək. Sonra bu ərazilərə köçmüş insanlar əkinçiliklə məşğul olmağa, müxtəlif sahələrdə iş qurmağa başlayacaqlar”.

 

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov AYNA-ya şərhində qeyd edib ki, hazırda bir çox müəssisə yeni işçi götürməyə hazırlaşmır: “Onlar üçün ən vacib şey suyun üzündə qalmaqdır. Bəzən işəgötürənlər satış səviyyəsinin azalması və durğunluq səbəbindən kadr ixtisarları və maaş azaldılması kimi tədbirlərə əl atmaq məcburiyyətində qalırlar. Əmək bazarına dəstək tədbirlərindən danışmaq üçün bu tədbirlər şəffaf olmalıdır, əks halda bu cür tədbirlərin heç bir təsiri olmayacaq”.

 

Digər mütəxəssislər kimi, İsmayılov da torpaqların azad olmasının əmək bazarının inkişafına kömək edəcəyinə şübhə etmir. Ancaq, onun fikrincə, ilk növbədə bu bölgələrdə daimi qalmaq istəyənlərin orada işə götürülməsi vacibdir. Bu, ədalətli bir mexanizm olacaq və İsmayılova görə, azad edilmiş ərazilərdə dövlət məşğulluq proqramına ehtiyac var.

Müəllif: Elya Belskaya      11 Noyabr 2020 22:30
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin