Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənilərin Allahı yoxdur” - Milix Yevdayev

“Ermənilərin Allahı yoxdur” -           Milix Yevdayev

Düşmən tarixi, dini-mədəni abidələrimizə qarşı əsl vandal kimi davranıb

 

Ermənistan uzun müddət Azərbaycanın işğal altında saxladığı torpaqlarda dini abidələri təhqir edib, oraları donuz tövləsinə çevirib. Amma yalanlara adətən edən düşmən dünyaya reallıqları başqa cür çatdırır. Məscidlərimizi, tarixi abidələrimizi nə günə qoyduqlarının şahidi olduq.

 

Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

 

Qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrin 67-si məscid, 140-ı ziyarətgahlardır. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb və Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbələr vurulub. Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdikləri yerdə azərbaycanlıların maddi-mənəvi abidələrini məhv edir.

 

Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq edərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini büruzə veriblər.

 

İşğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı belə cinayət əməlləri, ölkəmizin mədəni irsinə qarşı təcavüz faktları, şübhəsiz ki, yolverilməzdir və sözün əsl mənasında, vandalizmdir.

Xilasedici mədəniyyət faktı - Oruc - Hacı Şahin HƏSƏNLİ | Edebiyyatqazeti.az

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli AYNA-ya deyib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar dövlət tərəfindən tikilir, təmir edilir və qorunur: “Bakının mərkəzində erməni kilsəsi bu gün dövlət tərəfindən qorunduğu halda, işğal olunmuş ərazilərdə məscidlər dağıdılır, viran edilir. Və bütün bunlar onların mahiyyətinin göstəricisidir. Onlar bu savaşa çox vaxt dini rəng qatmaq istəyirlər. Onlar tarix boyu torpaq işğalı ilə yanaşı, mənəvi işğala da əl atıblar və bizim dini abidələrimizi təhqir ediblər”.

 

“Həmin abidələr təkcə bizə deyil, bütün İslam dünyasına məxsusdur və İslam mədəniyyətinin inciləridir. Ermənilər həmin məscidlərə, ziyarətgahlara qarşı amansız rəftar göstərirlər. Bu, onların mahiyyətindən xəbər verir və göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Onların işğalçılıq siyasətləri tarix boyu bütün istiqamətlər üzrə həyata keçirilib və bu gün də həyata keçirilməkdədir”, - müsahibimiz bildirib.

 

Həsinlinin sözlərinə görə, ermənilər ətrafdakı bütün ölkələrə ərazi iddiaları irəli sürüb və digər xalqları özlərindən aşağı hesab ediblər: “Son dövrlərdə də döyüş meydanında olan məğlubiyyətlərini dinc əhaliyə, dini abidələrə hücum etməklə kompensasiya etməyə çalışırlar. Bu, onların dözümsüz xislətindən qaynaqlanır və ermənilərin qəddarlıq və məğlubiyyətlərinin göstəricisidir. Baş verənlər göstərir ki, onlar heç bir xalqla dinc və yanaşı yaşamaq istəmirlər. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hətta ərazilərimiz işğaldan azad olunduqdan sonra da orada yaşayan ermənilərin hüquqlarını təmin etməyə və onların mədəni, dini haqlarını qorumağa hazırdır. Buna Azərbaycan dövləti zəmanət verib. Ermənistan isə monoetnik dövlətdir və öz ərazisində etnik təmizləmə siyasəti aparıb”.

İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”

İşğal Olunmuş Ərazilərdə Tarix və Mədəniyyət Abidələrini Müdafiə İctimai Birliyinin sədri Faiq İsmayılov da AYNA-ya açıqlamasında ermənilərin tarixi-mədəni abidələrimizə qarşı barbar münasibətindən danışıb. Deyib ki, işğal olunmuş ərazilərdə qəbiristanlıqlar, qəbirüstü abidələr, türbələr, heykəllər – müsəlmanları və türkçülüyü andıran nə varsa, erməni vandalizminin qurbanlarına çevrilib.

 

“İşğal altında olan dağıdılmış tarix və mədəniyyət abidələrinə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı biz təşkilat olaraq Mədəniyyət Nazirliyinə müraciət etmişik. Uzun müddət işğal altında olan və erməni vandalizminə uğramış tarixi abidələr dağıdılıb və ya forması dəyişdirilib - erməniləşdirilib. Vurğulayım ki “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına əsasən, işğal edilən ərazilərdə tarixi abidələri məhv etmək, uçurmaq və formasını dəyişdirmək qadağan edilir. Ermənistan isə işğal edilmiş ərazilərdə tarixi abidələrin bəzilərini məhv edib, Qafqaz Alban kilsəsi kimi abidələrin isə formasını dəyişdirib”, - İsmayılov vurğulayıb.

 

Ekspert əlavə edib ki, müstəqillik dövründə işğal edilmiş ərazilərdə tarixi abidələrin qeydiyyatı aparılmayıb: “SSRİ dağılandan və Azərbaycan müstəqil dövlət olandan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladı. Biz işğal edilmiş ərazilərdə tarixi abidələrin qeydiyyatını apara bilmədik. Biz təşkilat olaraq işğal edilmiş ərazilərdə tarixi abidələrlə bağlı araşdırma aparmış, 2645 tarix və mədəniyyət abidəsini qeydiyyata almışıq. Bunlardan 1884-ü memarlıq abidəsi, 790-ı arxeloji abidə və başqa abidələrdir”.

Milix Yevdayev: Azərbaycan Prezidenti dini icmalara yüksək diqqət və qayğı  göstərdiyini bir daha sübut etdi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Azərbaycanda Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev isə AYNA-ya şərhində problemə qısaca belə qiymət verib: “Əgər ermənilər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətsizlik ediblərsə, orada özlərinə layiq donuzları saxlayıblarsa, bu, o deməkdir ki, onların Allahı yoxdur”.

Müəllif: Ülviyyə Şahin      11 Noyabr 2020 19:20
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin