Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda dəhşətli yanğın: iki uşaq öldü

Azərbaycanda dəhşətli yanğın:     iki uşaq öldü

Xilas edilən üç uşaqdan ikisi xəstəxanada vəfat edib

 

Bu gün səhər saatlarında Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Bildirilib ki, ev sakinləri içəridə köməksiz vəziyyətdə qalıb.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

 

Yanğın nəticəsində ümumi sahəsi 81 kvadrat metr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı üç azyaşlı xilas edilərək, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

 

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Ayna.az      11 Noyabr 2020 11:55
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin