Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda Hindistanın Müstəqillik günü münasibətilə tədbir keçirilib

Bakıda Hindistanın Müstəqillik günü münasibətilə tədbir keçirilib

Bakıda 15 avqust - Hindistanın Müstəqillik günü münasibətilə tədbir təşkil olunub. AYNA APA-ya istinadən xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə şimal-şərqi Hindistan ərazisində olan Assam vilayətinə məxsus Bihu Xalq Rəqsləri nümayiş edilib.

 

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Banlalvavna Bavitlunq Hindistan və Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladıb. 

 

O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də mədəni və humanitar sahələrdə əlaqələr daha da inkişaf etməkdədir və belə mədəni tədbirlər bunun bariz göstəricisidir. 

Müəllif: Ayna.az      16 Avqust 2019 06:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin