Əsas səhifə Haqqımızda Xəbər lenti

İkiçayarasından keçən zəfər yolu, Qarabağın açarı – HADRUT

 İkiçayarasından keçən zəfər yolu, Qarabağın açarı –                       HADRUT

Tariximizə, faciələrimizə, dualarımıza şahidlik edən Xocavəndin mərkəzində Azərbaycan bayrağının dalğalanması çox yaxındır

 

Vətən müharibəsi başlayan ilk gündən, 30 ilə yaxın ayrı qaldığımız kəndləri, qəsəbələri, şəhərləri azad edirik. Hər birinin millətimizə bağlı bəlli bir tarixi var və onların azad edilməsi dövlətimiz, xalqımız üçün böyük əhəmiyyət daşıyır. Biz o torpaqları azad etməklə yanaşı, tariximizi, mədəniyyətimizi, bir sıra maddi-mənəvi dəyərlərimizi, memarlıq sənətimizin maddi qalıqlarını və təbiəti də azad edirik.

 

Lakin həmin ərazilər arasında Xocavənd rayonunun Hadrut qəsəbəsinin elə ilk 15 gün içərisində azad edilməsinin Vətən müharibəsi tarxində xüsusi önəmi var. Hadrut qəsəbəsinin yerləşdiyi məkanın strateji əhəmiyyəti həm düşmən üçün, həm də Azərbaycan üçün olduqca vacibdir -        əsəbə mühüm yüksəkliklərlə əhatələnib. Bu qəsəbəyə  ermənilər “Qarabağın Brest qalası” adını vermişdilər.

undefined

undefined

Hadrutun itirilməsi onlar üçün müharibənin taleyinin həll edilməsi idi. Bizim üçün isə qəsəbənin azad edilməsi qondarma “Arsax Respublikası” mifinin darmadağın edilməsi oldu. Bununla biz onların birtərəfli qaydada cızdıqları təmas xəttini yardıq. Artıq onların mənəvi “Brest qalası” süqut etdi. Eyni zamanda, qəsəbənin ilk vaxtlar azad edilməsi müəyyən ruh yüksəkliyi və qələbəyə inamı daha da artırdı.

undefined

Hadrut işğal altında olan Xocavənd rayonunun iki əsas qəsəbəsindən biridir. Digəri isə Qırmızıbazar qəsəbəsidir ki, hazırda oranın azad olunması üçün hərbi əməliyyatlar davam edir.

 

Hadrut farsca (hə dü rud) – “İkiçayarası” mənasını verir. Bu yaşayış məskəni iki əsr əvvələ kimi Ağoğlan və ya Amaras adlanırdı. Azərbaycan folklorunda Ağoğlan, Ağ atlı oğlan obrazları var. Araşdırmaçılar Hadrutun təbiətinin bu folklorda yer alan etnonimlərə uyğun olduğunu qeyd edirlər. Ona görə də bu adın yer adına uyğunluğu məqbuldur.

undefined

Hadrutun tarixi

 

Nadir Şah (1736) hakimiyyətə gəldikdən sonra Loridən Qarabağa dəvət edib, təyin etdiyi məlik Yeqan, Ağoğlanı Dizaq mahalının və Dizaq məlikliyinin mərkəzi seçdiyi üçün bu yaşayış məskəni Dizaq adlanıb. Biz Dizaq məlikliyi haqqında mənbələrdən məlumat alırıq, lakin daha çox Mirzə Yusif Qarabağinin kitabından bilgilər əldə edirik. 1939-cu ildə isə DQMV sovetinin erməni rəhbərlərinin təklifi ilə Dizaq adı götürülərək, qəsəbəyə Hadrut adı verildi.

undefined

Hazırkı Hadrut qəsəbəsi və ətraf kəndlərinin çox qədim qədim tarixi var. Hansı ki, bir zamanlar qəsəbə və kəndlər birləşik, qədimi şəhər tipində idilər. Sovet dövründən ərazidə aparılan qazıntılar zamanı qədim daş dövrünə aid bir sıra yaşayış məskənləri aşkarlanmışdı. Quruçay dərəsinin Tuğ çökəkliyində, dünyanın sayıla biləcək qədər qədim insan məskənlərindən biri Azıx mağarası yerləşir. 1968-ci ildə görkəmli arxeoloq Məmmədəli Hüseynovun ekspedisiyası orada qazıntılara başlamışdı. Onlar burada, 20 yaşlarında bir qadının alt çənə sümüyünü və daş dövrünə aid bir sıra əmək alətləri tapmışdılar. Baxmayaraq ki, mərkəzdən onlara təyziq edirdilər, tədqiqatın yarımçıq saxlanılması istənilirdi, amma sonda buranın qədim yaşayış mərkəzi olduğunu sübut etdilər.

 

Məsələn, Böyük Tağlar kəndində Paleolit dövrünün daha bir yaşayış məskəni olan Tağlar mağarası yerləşir. Tağlar mağarası Şərq ölkələri içərisində uzunömürlü yaşayış məskəni olan tək məkandır. 64-24 min illər arası burada insanlar yaşamışdılar. Ona görə mağaradan tapılan əmək alətləri də çoxdur. Məsələn, 7 mindən çox daş əmək aləti, 2 minə yaxın heyvan qalıqları, sümükləri tapılmışdı. Hətta, Eneolit və Tunc dövrlərinə aid də gil qablar və əmək alətləri aşkarlanıb. Mustye mədəniyyətini ehtiva edən tarixi yaşayış məskənimiz də Məmmədəli Hüseynovun Paleolit ekspedisiyası tərəfindən aşkarlanaraq, 1963-cü ildə orada qazıntı işlərinə başlanılıb.

 

Bundan sonra daha 8 dəfə müxtəlif illərdə qazıntılar aparılıb. Azərbaycan türklərinin yaşadığı Böyük Tağlar kəndi 2 oktyabr 1992-ci ildə Xocavənd rayonunun tərkibində işğal edilib. İnanırıq ki, qədim kəndimizi qısa müddət ərzində müzzəfər ordumuzun sayəsində geri qaytaracağıq.

undefined

Tuğ kəndinin tarixi daha qədimdir. Quruçay vadisində yerləşən bu kənddə “Ritiş qalası” bəzən isə “Tuğ qalası” adlanan qala və  “Qırmızı məbəd” yerləşir. Hadrut Dizaq mahalının, Tuğ kəndi Dizaq məliklərinin malikanələrinin yerləşdiyi mərkəz idi. Əsrlər əvvəl Tuğ Ağoğlanın tərkibində idi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərkən, Tuğ Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.

 

Tuğda Yeqan tərəfinən 1737-ci ildə kilsə tikdirilmişdi ki, 1836-cı ildə bu alban kilsəsi də ləğv edilərək, Qriqorian kilsəsinə tabe edildi. Kilsənin həyətində Məlik Yeqanla yanaşı bəzi məliklərin də məzarı var. Məliklik camaatı Arpa, çəltik əkməklə böyük feodal təssərüfatında işləyirdilər. Üzümçülük Hadrutun əsas simvollarından idi. Hadrut şərabı bölgəyə gələn insanların sevimli içkisi idi. Sovet dövründə də ittifaqın bütün ölkələrinə ixarac edilirdi.

undefined

Müəllim və uşaq

 

Hazırda müzəffər ordumuz Xocavənd rayonunun bir sıra kəndlərini də azad edib. Xocavənd rayonunun öz adı və tarixi də olduqca maraqlıdır. “Xoca” və “vənd” sölərinin birləşməsindən yaranan ad “Müəllim və uşaq” anlamını verir.

 

1828-ci ilə kimi türk-müsəlmanların sıx yaşadığı “Qaranlıq” adlı şəhər idi. “Türkmənçay” müqaviləsindən sonra bura Osmanlı ərazisindən 40 erməni ailəsi köçürüldü. Onlar aralarında kəndə “Qaranlıq” yox, öz dillərinə uyğunlaşdıraraq “Karaqlux” dedilər. Bir müddət sonra ermənilərin istəyinə uyğun olaraq, ruslar kəndin adını rəsmi olaraq dəyişib “Daşbaşı” mənasını verən Karaqlux etdilər.

 

Daha sonra Aşağı Qaranlıq və Xonaşen kimi adlar verildi. 1952-ci ilədək Qaranlıq adı kəndin özünə qaytarılmışdı. Həmin il Nazirlər Sovetinin rəsmi fərmanı ilə kəndin adı dəyişdirilərək Martuni adlandırılıdı. Martuni həmin kəndə köçürülən erməni ailəsindən çıxmış bolşevik Aleksandr Myasnikyanın döyüşçü ləqəbi idi. 1992-ci ildə isə Azərbaycan Respublikası rəhbərliyi rayona Xocavənd adı verdi. Rayonun ümumi sahəsi 1458 kv.km-dir. Hzırda rayonda iki qəsəbə, 83 kənd var. Xocavənd rayonu qədim tarixi abidələrlə də zəngindir.

undefined

Aragül, Hərəkül, yoxsa Xətai?

 

Kəndin adı XVII əsrdə ilk dəfə Osmanlı müfəssəl dəftərlərində Aragül, Qarabağnamələrdə isə Hərəkül olaraq keçməkdədir. Lakin 1828-ci ildə İrandan bəzi erməni ailələri bu kəndə köçürüldü. Kəndin adını dəyişib Arakel etdilər.

 

1988-ci ildən İrəvandan ikinci dəfə deportasiya edilən azərbaycanlıların bəzi ailələri bu kənddə yerləşdi. Onların xahişi ilə və aqressiyalarının qarşısını almaq üçün kəndin adı dəyişdirilərək, Şah İsmayıl Xətainin adına Xətai adlandırıldı. Lakin 1992-ci ilin 2 oktyabrında kənd işğal edildi və azərbaycanlılar bir daha yurdlarından didərgin salındılar.

undefined

Xocavənd rayonu bizim üçün böyük faciə ilə də yadda qalıb - Qarakənd faciəsi. “Mİ-8N72” helikopterində olan 22 nəfər dövlət xadimimiz, ziyalımız erməli silahlı qüvvələri tərəfindən terrora məruz qaldı. Hazırda kənd işğal altındadır. Kəndin tarixi adı mənbələrdə “Qızqala” olaraq keçir. Çünki burada qədim dövrlərdən qalan “Qız qalası” adlı qalanın qalıqları da qalmaqdır.

 

Ümumiyyətlə, Xocavənd rayonu tarixi abidələrin ən çox olduğu rayonlardandır. Demək olar, əksər kəndlərində məbədlər, pirlər, övliyalar kimi ziyarətgahlar var ki, bu da əsrlərdir babalardan xalqa qalan yadigarlardır. Hazırda Xocavəndin 15-dən çox kəndinin işğaldan azad edilməsi rəsmi olaraq elan edilib.

 

Bizim inandığımız bir doğru var: Qarabağ Azərbaycandır! Xocavənd bizimdir. Tariximizə, faciələrimizə, dualarımıza şahidlik edən Xocavəndin mərkəzində Azərbaycan bayrağının dalğalanması çox yaxındır.

undefined

Müəllif: Şəhla Cabbarlı      8 Noyabr 2020 19:08
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin