Öldü, amma cərimələr gəlməyə davam etdi

Öldü, amma cərimələr gəlməyə davam etdi

51 yaşlı kişi infarkt keçirib

 

İngiltərədə qəribə hadisə baş verib. Belə ki, bu ilin fevral ayında 51 yaşlı kişi avtomobil dayanacağında avtomobilini park edib. Maşından düşən Li Hikin 10-15 addım atandan sonra yerə yıxılıb. AYNA xəbər verir ki, kişinin sevgilisi 37 yaşlı Sara Foks da onun yanında olub. Məlum olub ki, kişi infarkt keçirib. Qadın da təcili yardım maşınında xəstəxanaya getməli olub. Bütün cəhdlərə baxmayaraq kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Nəticədə avtomobil uzun müddət avtomobillər üçün nəzərdə tutulan parkinqdə qalıb. Buna görə də Li Hikinin adına cərimələr gəlməyə başlayıb. Artıq cərimələr 75 funt olub ( təxminən 160 manat). Sara Foks açıqlamasında deyib ki, dəfələrlə rəsmi xəbərdarlıq etsə də, yenə də cərimələr gəlməkdə davam edir.

 

Qurum məlumat yayıb ki, Sara Foksdan Li Hikinin ölümünü təsdiq edən sənəd tələb etsələr də onlara verməyib. Nə zaman bu sənəd təqdim edilsə, o zaman cərimə  ləğv ediləcək”.

Müəllif: Ayna.az      15 Avqust 2019 20:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin